“Lütfən, ona “Qızıl Top”u verin” Fuente
Avro-2024-ün ən yaxşısı seçilən ispan yarımmüdafiəçi Rodri fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, 28 yaşlı təcrübəli oyunçu "Qızıl top" qazanma ehtimalı barədə bunları deyib:
"Mən həmişə deyirəm ki, bir ispan "Qızıl top"u qazanacaq, çünki düşünürəm ki, İspaniya futbolu "Qızıl top"a layiqdir. Onu qazanmaq isə üçün əlimdən gələni etdim".
İspaniya yığmasının baş məşqçisi Luis De La Fuente də Rodrinin ən yaxşı oyunçuya verilən fərdi kuboku qazanmağa layiq olduğunu deyib:
"Mənim üçün Rodri dünyanın ən yaxşı oyunçusudur, lütfən, indi ona "Qızıl top"u verin".
© Copyright 2026, All Rights Reserved