Macarıstanın çalışdırıcısı: “Bərbad oynadıq”
Macarıstan millisinin baş məşqçisi Marko Rossi İsveçrə ilə AVRO-2024-ün qrup mərhələsinin I turunun (1-3) oyunundan sonra mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, 59 yaşlı mütəxəssis bərbad oynadıqlarını etiraf edib:
"İlk 7-8 dəqiqəni çıxmaq şərti ilə bərbad oynadıq. İsveçrə kimi komandalara qarşı belə passiv oynamaq olmaz. Səhvlərimiz çox oldu. Amma baş məşqçi olduğum üçün məsuliyyəti öz üzərimə götürürəm. Səhvlər oyunun bir parçasıdır. Ən yaxşı futbolçular belə bundan sığortalanmayıblar. Fasilədən sonra oyunda üstünlüyü ələ ala bildik. Lakin 0:2 geridə olduqdan sonra hər şey gec idi".
© Copyright 2026, All Rights Reserved