"Makkabi"ni favorit sayıram” Renduliç
"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin "Makkabi Hayfa" komandasına böyük hesabla qalib gəldikləri matçı (3:0) şərh edib.
90plus.az xəbər verir ki, xorvat mütəxəssis təbriklə sözə başlayıb:
"Öncə futbolçularımı təbrik edirəm. Bu gün onlar yaxşı oynadılar.Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Belə də oldu. "Makkabi" əla komandadır. Hələ heç nə həll olunmayıb”.
Renduliç İsrail təmsilçisini favorit sayır: “Biz sadəcə ilk oyunu keçirmişik. Qarşıda isə cavab görüşü var. Konsentrasiyanı qorumaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Yenə də "Makkabi"ni favorit sayıram”.
Qeyd: "Sabah - Makkabi" cavab görüşü avqustun 1-i Bakıda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved