“Makkabi”nin baş məşqçisi: “Nə etdiksə, olmadı"
"Makkabi Hayfa"nın baş məşqçisi Barak Bahar Konfrans Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" komandasına böyük hesabla məğlub olduaları matçı (0:3) şərh edib.
90plus.az xəbər verir ki, 44 yaşlı israilli mütəxəssis bunları söyləyib:
"Hücumda lazımınca cəsarətli və sərt deyildik, yaxşı oynamadıq. Bu məğlubiyyət bizə dərs olmalıdır.
Düşündük ki, Dia və Kinda oyunumuza dinamizm qatacaq. Amma daha iki qol buraxdıq. Biz ümumiyətlə, heç oyuna girə bilmədik. Nə etdiksə, bir işə yaramadı".
"Sabah" barədə: "Bilirdik ki, rəqibimiz yaxşı komandadır və bizə asan olmayacaq. Məlum məsələdir ki, heyətimizə daha çox oyuncu cəlb edilməlidir və biz güclənməliyik. Amma bu, bəhanə deyil. 3:0 hesabı ilə uduzmaq olmazdı, bunu bilirik. Nə olursa olsun, fərqi yoxdur. İndi reallığa baxmalıyıq. Hər şeyin mümkün olduğuna inanmalıyıq. Baxmayaraq ki, bu, çox çətin olacaq. Amma mən komandama inanıram. İkinci oyundan sonra vəziyyəti dəyişə bilərik”.
Qeyd: "Sabah - Makkabi" cavab görüşü avqustun 1-i Bakıda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved