Maldini: "Real"dan təklif almışdım"
Paolo Maldini gənclik illərindəki fürsətlərindən danışıb.
90plus.az xəbər verir ki, Paolo bir müsahibəsində böyük klublardan təklif aldığını, ancaq onları qəbul etmədiyini bildirib:
"Milan"da qalmaq üçün çox böyük təkliflərdən imtina etdim. Bu ürəyimin seçimi idi. "Çelsi" və "Real Madrid" mənimlə əlaqə saxladı, ancaq bu klublara Milan'ı tərk etməyəcəyimi dərhal dedim. Hədəfim eynilə atam kimi "Rossoneri" formasında tarix yazmaq idi. Mən Milanda doğulmuşam, Milanda böyümüşəm və Milanda da öləcəyəm".
© Copyright 2026, All Rights Reserved