Mareska Joao Pedrodan danışdı
Enzo Mareska yay transferi Joao Pedrodan “yaxşı yetirmə” kimi bəhs edib — hücumçu “Fluminense” ilə oyunda parlaq çıxış edərək baş məşqçisinin inamını doğruldub.
90plus.az xəbər verir ki, Pedro iki qol vuraraq “Çelsi”yə 2:0 hesablı qələbə qazandırıb və komandanı Klubların Dünya Çempionatının finalına daşıyıb.
Mareska oyunsonrası deyib:
“Joaodan çox razıyıq, bilirik ki, o həm yaxşı futbolçudur, həm də yaxşı tələbədir. Çünki daxilində keyfiyyət var, bugünkü kimi.
Digər bir vacib məsələ odur ki, Joao tətildən gəlib, yəni digər oyunçulara nisbətən daha təravətlidir. Bu da önəmlidir. Buna görə Joao üçün çox sevinirəm.
Onun necə futbolçu olduğunu bilirdik. Onu transfer etməyimizin səbəbi budur ki, bu mövsüm çox vaxt aşağı müdafiə xətti ilə oynayan komandalarla üzləşmişik.
Joao belə komandalarla oyunda çox keyfiyyətlidir. Bir futbolçu, bir insan kimi də əla biridir. Üstəlik, Braziliyadandır. Braziliyalı futbolçuların futbola yanaşması çox müsbətdir.
O, eyni zamanda, dostum Roberto De Zerbi ilə “Brayton”da da işləyib. Bir müddət əvvəl Roberto ilə danışmışdım.
Bu məhz Joaonun oynayacağı tərzdir. Amma bu, o demək deyil ki, mövsün boyu daim belə olacaq. Bu, baş verməyəcək. Amma onu belə bir seçim kimi əlimizdə saxlamaq yaxşıdır.”
Qeyd: "Çelsi"nin finaldakı rəqibini bu gecə "PSJ - Real" dueli müəyyənləşdirəcək.
© Copyright 2026, All Rights Reserved