Marko Rossi: “Meydanda ən pis hakim idi”
Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Almaniyaya məğlub olduqları (0:2) oyun haqda fikirlərini söyləyib.
90plus.az xəbər verir ki, 59 yaşlı mütəxəssis şanssızlıqdan gileylənib:
“Biz taktiki baxımdan çox işləmişdik. Futbolçularım yaxşı çıxış etdilər. Mən onlarla fəxr edirəm. Bir müddət əvvəl demişdim ki, Almaniyaya uduza bilərik. Onlar dünya səviyyəli oyunçulara sahibdirlər. Taktikamız işə yaraya bilərdi, amma rəqibin bütün mövqelərdə daha yaxşı futbolçuları var. Eyni zamanda, bütün matç boyu bəxtimiz gətirmədi.
"Hakimin bu gecə etdiyi hərəkət "ikili standartdır" deyən Rossi ikinci hissədə Almaniya millisinin yarımmüdafiəçisi Robert Andriçin simulyasiya etdiyini söyləyib:
"Mənim nöqteyi-nəzərimə görə, Almaniya onsuz da qalib gələrdi, onlar bizdən güclüdürlər, meydanda ən pis olan hakim idi".
Qeyd: Qrupdan çıxma şansı çox az olan Macarıstanın
© Copyright 2026, All Rights Reserved