Mbappenin burunun aqibəti
Fransa millisinin kapitanı Kilian Mbappenin Avro-2024-ün Fransa-Avstriya (0-1) matçında qırılan burnunun son durumu bəlli olub.
90plus.az xəbər verir ki, görüşün 86-cı dəqiqəsində avstriyalı müdafiəçi Kevin Danso ilə top uğrunda mübarizə zamanı toqquşan Mbappe burnundan qan açıldığı üçün dərhal xəstəxanaya yerləşdirilib.
Düsseldorf xəstəxanasında aparılan müayinə ilə Mbappenin üzərində əməliyyat aparılmamasına qərar verilib. Forvard xəstəxananı tərk edib və hətta məşqçilər korpusu müvafiq qərar verərsə, Niderlandla növbəti oyunun iştirak siyahısında yer ala bilər.
Fransa Futbol Federasiyası futbolçunun durumu ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Kilian Mbappe burnunu sındırıb.
“Fransanın kapitanına əvvəlcə tibb işçiləri və həkim Frank Le Qall kömək edib. Ona burnunun sınığı diaqnozu qoyulub. Mbappe yaxın bir neçə gündə müalicə alacaq, lakin yaxın günlərdə əməliyyat olunmayacaq. Onun üçün maska hazırlanacaq ki, müalicədən sonra yarışlara qayıtmağa hazırlaşsın”.
Mənbə: L’equipe
© Copyright 2026, All Rights Reserved