“Messi Kuboku” turniri olacaq
Messi öz adını daşıyan beynəlxalq turnir yaradır ⚽️🌎
90plus.az xəbər verir ki, futbol ulduzu Lionel Messi yeni beynəlxalq gənclər turniri – “The Messi Cup”u təsis edib. Turnir bu il dekabrın 9-dan 14-dək ABŞ-ın Florida ştatında ilk dəfə keçiriləcək.
6 gün davam edəcək yarışda 8 komanda iştirak edəcək və ümumilikdə 18 oyun baş tutacaq. Turnirdə iştirak edəcək klublar arasında “Çelsi”, “Mançester Siti”, Messinin hazırkı və sabiq komandaları “İnter Mayami” və “Barselona”, həmçinin “River Pleyt”, “İnter”, “Nyuellz Old Boyz” və “Atletiko Madrid” də yer alacaq.
Oyunlar “İnter Mayami”nin “Chase Stadium” arenasında (Fort-Loderdeyl) keçiriləcək. Yarışın hər il təşkil olunması da mümkündür.
Messi “Instagram” hesabında turniri belə təqdim edib:
“Nəhayət bunu sizinlə paylaşmaqdan məmnunam. Bu ilin dekabrında Mayami dünyanın ən yaxşı gənc klublarını bir araya gətirəcək çox xüsusi bir turnirə ev sahibliyi edəcək.
Bu, sadəcə oyunlardan ibarət deyil — gənc nəsli birləşdirən, maraqlı fəaliyyətlərlə dolu bir həftə olacaq. Ümid edirəm, bəyənəcəksiniz! #MessiCup”
Komandalar iki qrupa (A və B) bölünəcək. İlk üç gündə qrupdaxili oyunlar keçiriləcək, daha sonra qrup liderləri pley-off mərhələsinə yüksələcək və qaliblər finalda qarşılaşacaq.
🔹 Turnirin tarixi: 9–14 dekabr 2025
🔹 Keçiriləcəyi yer: Chase Stadium, Fort-Loderdeyl (Florida, ABŞ)
🔹 İştirakçılar: Çelsi, Mançester Siti, Inter Mayami, Barselona, River Pleyt, Inter Milan, Nyuels Old Boys, Atletiko Madrid.
© Copyright 2026, All Rights Reserved