Messi qol sayında Ronaldonu üstələdi
Argentinalı hücumçu Lionel Messi ilə portuqaliyalı hücumçu Kriştianu Ronaldunu qol sayında ötüb.
90plus.az "Opta"-ya istinadən xəbər verir ki, söhbət oyun epizodundan vurulan qollardan gedir.
Mənbənin statistik hesablamasına görə, Messi penaltidən vurulan qollar nəzərə alınmadan, Ronaldunu geridə qoyub.
Bu, Lionelin MLS-də son turdakı matçda (6:2) het-trik etməsi nəticəsində reallaşıb. Belədə, argentinalı ulduz penaltilər istisna olmaqla, karyerasında 740 qol həddinə çatıb. Artıq Ronaldu bu göstəricidə (739) bir qol geri qalır.
© Copyright 2026, All Rights Reserved