Messidən çox assist edən yoxdur
Argentina millisinin və dünya futbolunun ulduzu Lionel Messi futbol tarixində yeni bir rekorda imza atıb.
90plus.az xəbər verir ki, 38 yaşlı hücumçu Puerto Riko yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə iki qol ötürməsi edərək bu uğura nail olub.
Messinin milli komandadakı ümumi assistlərinin sayı 60-a yüksəlib. Bununla da o, millilər səviyyəsində ən çox məhsuldar ötürmə verən futbolçu adını qazanıb.
Bu göstəricidə braziliyalı Neymar və ABŞ-ın keçmiş futbolçusu Lendon Donovan (hər ikisi 58 assist) növbəti pillələri bölüşürlər.
Xatırlatma: Argentina yoldaşlıq görüşündə Puerto Riko üzərində 6:0 hesablı qələbə qazanıb.
© Copyright 2026, All Rights Reserved