"Məğlubiyyətdən sonra komandada inamsızlıq var idi" Mutsinzi
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “DAK-1904” klubunu 4-0 hesabla məğlub etdikdən sonra "Zirə" klubunun oyunçusu Ange Mutsinzi fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, müdafiəçi "Şerif"ə məğlub olduqdan sonra belə nəticə qazanacaqlarını gözləmədikləri söyləyib:
“Ola bilsin ki, “Şerif”ə məğlubiyyətdən sonra komandada bir qədər inamsızlıq var idi, belə hesabla qələbə qazanacağımızı gözləmirdik. Lakin oyunun təkrarına baxsaq, görərik ki, 4 topla yanaşı, çoxsaylı qol epizodlarını da boşa verdik. Halbuki hesab arasındakı fərq daha böyük ola bilərdi”.
Mutsinizi sözlərinə əlavə olaraq qeyd edib:
“Düşünmürəm ki, kimdəsə arxayınlıq yaransın. Oyundan oyuna fokuslanmalı olduğumuzu bilirik. Cavab matçına hər kəs maksimum dərəcədə ciddi yanaşacaq”.
© Copyright 2026, All Rights Reserved