Milli komandada baş məşqçi istefası
90plus.az xəbər verir ki, İsveç Milli Futbol Komandasında baş məşqçi Yon Dal Tomassonun vəzifəsinə son verilib. Bu barədə İsveç Futbol Federasiyası rəsmi açıqlama yayıb.
Federasiyanın verdiyi məlumata görə, 49 yaşlı danimarkalı mütəxəssislə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.
Karyerası ərzində “Ekselsior”, “Roda”, “Malmö” və “Blekbern Rovers” kimi klublarda çalışan Tomasson, 2024-cü ilin fevral ayında İsveç millisinə baş məşqçi təyin olunmuşdu.
Tomassonun rəhbərliyi altında İsveç millisi 2026-cı il FIFA Dünya Kubokunun Avropa üzrə seçmə mərhələsinin B qrupunda keçirdiyi 4 oyunda cəmi 1 xal toplayaraq sonuncu pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved