Millilərimiz Avropa çempionatında iştirak etmək üçün Avstriyaya yollandı
Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları Avropa çempionatlarında iştirak etmək üçün bu gün Avstriyaya yollanıblar.
90plus.az xəbər verir ki, yığmalarımız öncə avqustun 14-dən 17-dək Avstriyada keçiriləcək U-22 Avropa çempionatında mübarizə aparacaqlar. Ardınca isə avqustun 20-dən 25-nə qədər İspaniyada təşkil olunacaq U-20 Avropa çempionatında iştirak edəcəklər.
Millilərimiz hər iki yarışda həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat heyət – Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət komandalarla təmsil olunacaq.
Bildirək ki, qızlardan ibarət komandanın baş məşqçi funksiyasını Nihad Tarverdiyev, oğlanlardan ibarət yığmanın baş məşqçiliyini isə Atvars Vilde yerinə yetirir.
© Copyright 2026, All Rights Reserved