Millinin baş məşqçisi getmir: "Niyə getməliyəm ki?"
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-nın seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşma öncəsində öz fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, “Bild” nəşrinin yaydığı məlumata görə, Almaniya yığması bir gün öncə səfərdə Slovakiya ilə oynadığı görüşdə 0:2 hesabı ilə məğlub olmuşdu.
Təcrübəli çalışdırıcı bu gün baş tutacaq oyunla bağlı belə deyib:
"Mən hər oyunda qalib gəlmək niyyətindəyəm və istefa vermək haqda heç düşünmürəm. Mətbuatda yazılanların fərqindəyəm, amma bu məni maraqlandırmır. Nə də olsa, mən jurnalistlərdən qurulmuş bir komandanın baş məşqçisi deyiləm".
Qeyd: Almaniya – Şimali İrlandiya matçı bu gün keçiriləcək və qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
© Copyright 2026, All Rights Reserved