“Morata çox narahat etdi” Mamardaşvili
Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili İspaniyaya məğlub olaraq (1:4) Avro-2024-lə vidalaşdıqları matç barədə danışıb.
90plus.az xəbər verir ki, ispanların ilk qolunun ofsayd olmasını vurğulayıb:
"İspaniyanı çox yaxşı tanıyıram. Möhtəşəm komandadır. Bu turniri çox rahat qazana bilərlər.
İspaniyanın ilk qolu, fikrimcə, ofsayd idi. Çünki Moratanın qarşımda olması məni çox narahat etdi. Məğlub ola bilərik, amma nəticədə buraxdığımız ilk qol çox önəmli idi, o da ofsayd idi. Amma indi bu barədə danışmaq heç nəyi dəyişmir".
Həmin ilk qol:
https://t.me/doxsanplus/85248
Mənbə: Trt Spor
© Copyright 2026, All Rights Reserved