Müller: “Karyeram bu yay sona çatır”
Tomas Müller: "Bayern Münhen"dəki 25 illik karyeram bu yay başa çatacaq".
90plus.az xəbər verir ki, 35 yaşlı futbolçu Klublararası DÇ-dan sonra "Bayern Münhen" klubundan ayrılacağını deyib.
Müqaviləsinin müddəti iyunda başa çatan Müller: "Bu, unikal təcrübələr, möhtəşəm görüşlər və unudulmaz zəfərlərlə formalaşan inanılmaz səyahət idi".
"Sevimli klubumla bu karyeranı qurduğum üçün hədsiz minnətdarlıq və sevinc hiss edirəm. Klubla və fantastik azarkeşlərimizlə olan xüsusi əlaqəm həmişə qalacaq.
"Vida olaraq istədiyim şey aydın olmalıdır: birlikdə qeyd edə biləcəyimiz titullar və uzun müddət sevgi ilə xatırlayacağımız anlar. Münhenə liqa titulunu qaytarmaq üçün qarşıdakı həftələrdə hər şeyimizi verəcəyik."
Qeyd: İkinci hücumçu kimi də oynayan hücumameyilli yarımmüdafiəçi 743 qolla klub tarixində ən çox oyun keçirəni və 247 qolla bütün zamanların 3-cü bombardiridir.
2008-ci ildə debüt etdiyi "Bayern" onunla ümumilikdə 33 kubok arasında iki Çempionlar Liqası və 12 Bundesliqa titulunu qazandı.
Almaniya millisinin heyətində 131 oyunda 45 qol vuran Müller 2010-cu il Dünya Kubokunda "Qızıl buts"u qazanıb və 2014-cü ildə Dünya Kubokunu qazanan Almaniya komandasının tərkibində olub.
📰: FC Bayern; Bundesliga news; esmuellert (İnstagram)
© Copyright 2026, All Rights Reserved