Murad Məmmədov çempion oldu!
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə reytinq turnirinin qalibi olub.
90plus.az xəbər verir ki, 63 kq çəki idmançımız finalda moldovalı Viktor Çobanu üzərində tam üstünlüklə qələbə qazanıb.
Qeyd: Murada qədər sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanmışdı.
© Copyright 2026, All Rights Reserved