Murat Yakın: ”Hələ heç nə qazanılmayıb”
İsveçrə millisinin türkəsilli baş məşqçisi Murat Yakın Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Macarıstana 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
90plus.az xəbər verir ki, Yakın bunları söyləyub:
“Komanda və heyətə tərifləri çatdıracağam. Biz hamımız bu an üçün böyük azarkeşlər qarşısında birlikdə çalışdıq. Bu gün hamı yaxşı çıxış etdi, birinci hissədə üstün olduq.
Kvadvo Dua kimi hücumçuya ehtiyacımız var idi. O, bu gün yaxşı oyun keçirdi. Digər tərəfdən, Aebişer həmişəki mövqeyində oynamasa da, çoxlu şanslar yaratdı və fantastik qol vurdu. Təriflərə görə təşəkkür edirəm, lakin hələ heç nə qazanılmayıb”.
© Copyright 2026, All Rights Reserved