Murat Yakın: “İrəliyə baxmıram. Həzz alıram”
Son Avropa çempionu İtaliyanı mübarizədən kınarlaşdıran İsveçrə millisinin türkəsilli çalışdırıcısı Murat Yakın Avro-2024-də 1/4 finala adlamanın sevincindən danışıb.
90plus.az xəbər verir ki, Yakın qələbədən həzz aldığını söyləyib:
“Çox vacib oyunda qələbə qazandıq. Əsas budur. Sabah nə olacağı başqa mövzudur. Bəli, qələbə qazandıq, amma önəmlisi necə oynadığımızdır. Meydanın hər qarışında üstün olduq və lazımi anda qollar vurduq. Mən irəliyə baxmıram. Əldə etdiyimiz nəticədən həzz almaq üçün vaxt tapmaq vacibdir”.
Qeyd: İsveçrə millisi 1/4 finalda İngiltərə - Slovakiya cütünün qalibi ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved