Musialanın ayağı qırıldı - ŞOK GÖRÜNTÜ
PSJ – "Bayern Münhen" matçında Jamal Musiala ağır zədələndi.
90plus.az xəbər verir ki, Klublararası Dünya Kubokunun 1/4 final mərhələsində keçirilən PSJ – "Bayern Münhen" qarşılaşması zamanı alman təmsilçisinin gənc ulduzu Jamal Musiala ciddi zədə alıb.
22 yaşlı futbolçu ilk hissənin sonlarına yaxın PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşaraq yerə yıxılıb. Onun sol ayağının ciddi şəkildə zədələndiyi bildirilib. Musiala dərhal tibbi personal tərəfindən meydandan xərəkdə çıxarılıb. Hadisədən sonra hər iki komandanın futbolçuları duyğusal anlar yaşayıb, bəziləri göz yaşlarını saxlaya bilməyib.
Məşqçilər və tibbi heyət onun vəziyyətinin ağır olduğunu təsdiqləyib və ətraflı müayinənin aparılacağı bildirilib. Məlumata görə, Musialanın zədəsi səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalması ehtimal olunur.
Qarşılaşmanın ikinci hissəsində iki futbolçusu qırmızı vərəqə ilə meydandan qovulan PSJ buna baxmayaraq oyunu 2:0 hesabı ilə qalib başa vurub. Paris təmsilçisinin qollarını Dezire Due və Usman Dembele vurub.
"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani görüşdən sonra verdiyi açıqlamada Musialanın zədəsinin komanda üçün böyük itki olduğunu bildirib və oyunçusuna tezliklə sağalmağı arzulayıb.
Qeyd: Bu nəticə ilə PSJ turnirin yarımfinal mərhələsinə yüksəlib.
© Copyright 2026, All Rights Reserved