Musialanın vəziyyəti müəyyənləşdi - Ən az...
Klublararası dünya çempionatının 1/4 final mərhələsində PSJ ilə qarşılaşmada ayağından ağır zədə alan "Bayern Münhen"in futbolçusu Camal Musialanın vəziyyəti müəyyənləşib.
90plus.az xəbər verir ki, "Bild"in yaydığı məlumata görə, Almaniya millisinin yarımmüdafiəçisi təxminən 4-5 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun 2025-ci ilin sonuna kimi futbol oynaya bilməyəcəyi ehtimal olunur.
Xatırlatma: PSJ ilə görüşün 45+4-cü dəqiqəsində Musiala rəqib qapıçı Canluici Donnarumma ilə toqquşduqdan sonra ciddi zədə almışdı.
© Copyright 2026, All Rights Reserved