Nagelsman: “Noyabrda olsa idi, qalib gəlməzdik”
Almaniya millisinin çalışdırıcısı Yulian Nagelsmann Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Macarıstana qalib gəldikləri (2:0) oyundan sonra ürək sözlərini deyib.
90plus.az xəbər verir ki, 36 yaşlı mütəxəssis bunları söyləyib:
"Çox arzuedilməz bir rəqib idi. Ancaq komandamız zamanla formalaşıb. Noyabrda keçirilsə idi, bu oyunda qalib gəlməzdik. Məqsədimiz bu cür stabil səviyyədə qalmaqdır. Rəqib bəzi vaxtlarda bizə narahatlıqlar yaradırdı. Qalib gəlmək istəyirdik və bunu bacardıq".
Qeyd: Almaniya Avro-2024-də növbəti matçını iyunun 23-ü saat 23:00-da İsveçrəyə qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved