Nagelsman: “Qollarımız Şotlandiyanı qorxutdu”
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Şotlandiyanı 5-1 hesabı ilə darmadağın etdikləri AVRO-2024-ün açılış görüşündən sonra fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, 36 yaşlı mütəxəssis rəqibi çox təəccübləndirdiklərini və qorxuya saldıqlarını deyib, bu nəticənin gözlənilən olduğunu söyləyib:
"Qarşılaşmadan əvvəl belə bir hesab desəydilər, inanardım. İlk 20 dəqiqədə çox fərqli oyun nümayiş etdirdik. Qarşılaşmanın əvvəlində vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı. Camal Musiala və Florian Virts baxımlı qollar vurdular. Onların performansından çox razı qaldım. Sevinirəm ki, komandamın hər bir üzvü tərifə layiqdir. Macarıstanla görüşdə daha fərqli Almaniya görəcəksiniz".
© Copyright 2026, All Rights Reserved