Nazim Babayev finala çıxa bilmədi!
Azərbaycanın tanınmış atleti Nazim Babayev Romada keçirilən Avropa çempionatında finaldan məhrum olub.
90plus.az xəbər verir ki, uzunluğa tullanma üzrə yarışan 26 yaşlı idmançımız təsnifat mərhələsində mübarizəni dayandırıb.
Qeyd: Bundan əvvəl üç təkanla tullanmada Yekaterina Sarıyeva da təsnifat mərhələsində büdrəyib.
Azərbaycan təmsilçilərindən Anna Skidan (çəkic atma) və Aleksis Kopello (üç təkanla tullanma) iyunun 9-da çıxış edəcəklər. Avropa çempionatı iyunun 12-də yekunlaşacaq!
© Copyright 2026, All Rights Reserved