Neymarın komandası baş məşqçisini qovdu
Braziliyanın "Santos" futbol klubu baş məşqçisi Pedro Kaysinya ilə müqaviləni dayandırıb.
90plus.az xəbər verir ki, bu barədə A Seriyasının təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Santos" Braziliya çempionatının başlanğıcında keçirilən 3 qarşılaşmada heç bir qələbə qazana bilməyib. Komanda "Vasko da Qama"ya (1:2) və "Fluminense"yə (0:1) uduzub, həmçinin "Bahia" ilə (2:2) heç-heçə edib.
Yalnız 1 xal toplayan "Santos" turnir cədvəlində 18-ci yerdədir.
Klub Pedro Kaysinya ilə yanaşı, onun iki köməkçisini, həmçinin qapıçılar və fitnes məşqçilərini də istefaya göndərib.
Braziliya millisinin keçmiş futbolçusu Sezar Sampaio baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək.
Qeyd: Məşhur hücumçu Neymar da "Santos"un formasını geyinir.
© Copyright 2026, All Rights Reserved