Noyerdən Donnarumaya sərt sözlər: "Bilərəkdən etdi"
Manuel Noyer Donnarumanı tənqid edib.
90plus.az xəbər verir ki, FIFA Klublararası Dünya Kubokunda 1/4 finalda "Bayern" PSJ ilə qarşılaşıb. Oyunda Donnaruma ilə toqquşan Musialanın ayağı qırıldı və 4-5 ay meydandan uzaq qalacaq. Oyundan sonra alman klubunun kapitanı həmkarını sərt tənqid edib:
"Bu epizodda belə girməyə ehtiyac yox idi. Bu, risk almaqdır. Rəqibinə zərər vurmaq riskini gözə almışdı.
"Ona yaxınlaşıb dedim ki, gedib oyunçumuza baxmaq istəmirsən? Bu, hörmət məsələsidir, ora gedib Musiala'ya "keçmiş olsun" demək lazımdır. Sonradan bunu etdi. Feyr-pley hər zaman bu oyunun bir hissəsidir. Mən olsaydım, fərqli reaksiya verərdim".
© Copyright 2026, All Rights Reserved