"Osiyek"in baş məşqçisi “Zirə”ni təhlükəli adlandırdı
Xorvatiyanın "Osiyek" klubunun baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Zirə" ilə oyundan öncə danışıb.
90plus.az xəbər verir ki, Koppitelli "Zirə"ni səviyyəli klub adlandırıb:
"Bu günlərdə iki yüksək səviyyəli rəqibə qarşı oynayacağıq. Onlardan biri Çempionlar Liqası səviyyəsində olan “Dinamo”dur. Digəri Avropa Liqası səviyyəsində olan “Zirə”.
"Şerif" "Zirə"ni penaltilər seriyasında mübarizədən kənarlaşdırdı. "Zirə" ilk oyunda qalib gəldi, sonra cavab matçında üstün oldu, lakin sonradan qırmızı vərəqə ilə azlıqda qaldı. Söhbət çox təhlükəli və yaxşı rəqibdən gedir. Onlar öz çempionatlarında qalib olmağa namizədlərdən biridir".
Qeyd: "Osiyek" - "Zirə" matçı sabah saat 22:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved