"Osiyek"li futbolçu: "İlk görüşdə biz üstün idik"
"Zirə"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Osiyek"in futbolçusu Darko Neyaşmiç oyunqabağı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, xorvatiyalı müdafiəçi klubun media hesabına açıqlamasında bunları deyib:
"Cavab matçında rəqibimizə qalib gəlməyə çalışacağıq. Əsas olan nəticədir, qələbə qazanmalıyıq. Matçın taleyini 90 dəqiqədə həll etmək istəyirik. Oyun əlavə vaxta qədər getsə, fiziki cəhətdən buna hazırıq. Bakıya növbəti mərhələyə vəsiqə qazanmaq üçün gedirik".
"İlk görüşdə üstün olan tərəf biz idik. Qarşılaşmanı yüksək səviyyədə keçirdik. Təəssüf ki, son dəqiqədə qapımızda gərəksiz qol gördük".
Qeyd: “Zirə - Osiyek” cavab oyunu 15 avqust saat 20:30-da Bakıdakı "Dalğa Arena"da baş tutacaq. İlk matç 1-1 yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved