"Türkiyə daha hörmətli görünəcək"" Montella
Avro-2024-ün 1/4 final mərhələsində Niderland-Türkiyə matçında Türkiyə millisi 2-1 hesabı ilə məğlub olaraq turnirdən ayrılıb.
90plus.az xəbər verir ki, oyundan sonra Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella açıqlama verib.
Montella açıqlamasında "Bacardığımız hər şeyi göstərdik. Çempionatda yaxşı oynadıq. Həmkarlarım və digər peşəkarlar da bizi təbrik etdi. Xeyli gənc oyunçularımız var. İnanılmaz şəkildə canlarını qoydular və onlarla fəxr edirəm. Bu futbolçular sevilməyi haqq edirlər. Bu turnirdən sonra Türkiyə gələcəkdə daha hörmətli görünəcək" - deyə qeyd edib.
© Copyright 2026, All Rights Reserved