Paraqvay 14 ildən sonra Dünya Çempionatında!
Paraqvay 14 illik fasilədən sonra Dünya Çempionatına qayıtdı.
90plus.az xəbər verir ki, Paraqvay üçün bu, Cənubi Amerikanın futbol nəhəngləri dairəsinə geri dönüşdür.
Ekvadorla çətin alınan 0:0 hesablı heç-heçə sayəsində Paraqvay 2026 Dünya Çempionatına birbaşa vəsiqə qazanıb.
Paraqvay sonuncu mundialını 2010-cu ildə keçirib və CAR-dakı turnirdə 1/4 finalçı olub.
Gərgin və mübarizələrlə dolu oyunda Daniel Garnero rəhbərliyindəki komanda möhtəşəm müdafiə qabiliyyəti nümayiş etdirib, Ekvador hücumlarını dayandıraraq vacib xalı qazanıb. Bu nəticə 14 illik məyusluğa son qoyub – bu müddət ərzində Paraqvay millisi seçmə mərhələdə uğur qazana bilməyib və yeni nəsillər turnirə çıxa bilməmişdi.
La Albirrojanın Dünya Çempionatına vəsiqəsi bütün ölkə üçün böyük rahatlıqdır. Paraqvay indi Santa Kruz, Kardozo və Kabanyas kimi əfsanələrin şöhrətini yenidən yaşamağı arzulayır. Bu dəfə yeni nəsil, Migel Almiron və Xulio Enkiso rəhbərliyində Paraqvay futbol tarixində öz yeni tarixini yazmaq niyyətindədie.
© Copyright 2026, All Rights Reserved