“Penaltilərə də hazırıq” - “Zirə”nin rəqibi
Xorvatiyanın "Osiyek" komandasının baş məşqçisi Federiko Koppitelli sabah Bakıda "Zirə" ilə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündən öncə düşüncələrini söyləyib.
90plus.az xəbər verir ki, çalışdırıcı ot örtüyü barədə belə deyib:
"Ot örtüyünü çox incələyə bilməmişik. Vəziyyətə uyğun addım atacağıq".
Erməni futbolçu Styopa Mkrtçyanın sabahkı görüşdə iştirak etməməsindən:
"Böyük itkidir. Həmin oyunçu zədə və ya cəza səbəbindən bu bu matçı buraxmır".
Hazırlıq: "Əlavə vaxta və penaltilər seriyasına da hazırıq".
Qeyd: "Zirə - Osiyek" görüşü sabah saat 20:30-da CBC Sportda yayımlanacaq. İlk oyunda 1:1-lik bərabərlik var.
© Copyright 2026, All Rights Reserved