Portuqaliyanın çalışdırıcısından qələbə sözləri
Portuqaliya millisinin çalışdırıcısı Roberto Martinez Avro-2024-ün qrup mərhələsinin ilk turunda Çexiyaya qalib gəldikləri (2:1) oyundan sonra ürək sözlərini deyib.
90plus.az xəbər verir ki, 50 yaşlı ispan mütəxəssis 90+2-ci dəqiqədə Portuqaliya yığmasının qələbə qolunu vuran Fransisko Konseysao haqda belə deyib:
"Bu gün bizim üçün çətin oyun oldu. Ancaq qələbə qazanmağa layiq idik. Fransisko yığmaya kömək etməyə hazır olduğunu göstərdi. O, qələbə qazanmağın ən yaxşı nümunəsidir. Çox yetkin oyunçudur və hər an təhlükə yaratmağa qadirdir. O, klubu üçün son aylarda etdiklərini milli üçün də həyata keçirir. Xarakterini və dəyərini göstərdi".
Qeyd: Portuqaliya Avro-2024-də növbəti oyununu iyunun 22-si saat 20:00 Türkiyəyə qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved