PSJ-nin futbolçusu Asiyada ən yaxşı seçildi
Asiyanın ən yaxşı futbolçusu bəlli olub.
90plus.az xəbər verir ki, PSJ klubunda çıxış edən Li Kan İn bu ada layiq görülüb.
Asiya Futbol Konfederasiyasının rəsmi internet səhifəsində bu barədə xəbər yayılıb.
Cənubi Koreya yığmasının oyunçusu ötən mövsüm bütün yarışlar çərçivəsində 49 görüşdə iştirak edib, 7 dəfə rəqib qapısına yol tapıb və 6 qol ötürməsi ilə yadda qalıb. O, Paris təmsilçisi ilə birgə Çempionlar Liqası, Fransa çempionatı, Fransa Kuboku və Superkubokunun qalibi olub.
Li Kan İn "Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Park Ci Sundan sonra Çempionlar Liqasını qazanan ikinci koreyalı futbolçu kimi tarixə düşüb.
© Copyright 2026, All Rights Reserved