PSJ prezidenti “Ən Yaxşı” mükafatını aldı
“Paris Sen-Jermen” klubunun prezidenti Nasser əl-Xelayfi “Golden Boy” tərəfindən “Ən yaxşı prezident” mükafatına layiq görülüb.
90plus.az xəbər verir ki, tədbir zamanı əl-Xelayfi klubun inkişafına verdiyi önəmi vurğulayıb:
“Biz etdiklərimizlə və necə qalib gəldiyimizlə çox qürur duyuruq”.
PSJ prezidentinə görə, klubun gələcəyi məhz Parisdə formalaşacaq:
“PSJ-nin gələcəyi burada doğulacaq və burada qurulacaq. Paris üçün, Parisdə hazırlanmış olacaq. PSJ-nin superulduzu meydanda və meydandan kənarda komandadır”.
Mükafat Paris klubunun son illərdəki idarəetməsi və strukturlaşma strategiyasının yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.
© Copyright 2026, All Rights Reserved