PSJ Uilyam Paçonun maaşını artıracaq
“Paris Sen-Jermen” müdafiəçi Uilyam Paço ilə yeni müqavilə imzalamağa yaxındır.
90plus.az xəbər verir ki, tərəflər arasında danışıqlar yekun mərhələdədir və yeni anlaşma 2030-cu ilin iyun ayınadək qüvvədə olacaq. Müqaviləyə əsasən, ekvadorlu futbolçunun maaşı da artırılacaq.
L’Équipe bu məlumatı yayıb.
Qeyd: Paço 2024-cü ilin yayında “Ayntraxt”dan “PSJ”yə transfer olunmuşdu. Onun komandaya gətirilməsi idman direktoru Luis Kampusun istəyi ilə baş tutmuşdu və hazırda futbolçu Luis Enrikenin əsas oyunçularından biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved