"Qarabağ"dan sonra bu dəfə "Man Yunayted"ə 3 qol
Premyer Liqanın 6-cı həftəsində "Mançester Yunayted" öz meydanında London təmsilçisi "Tottenhem"i qəbul etdi.
90plus.az xəbər verir ki, qonaq komanda oyunu 3:0 hesabı ilə qazandı. Qələbə qollarını 3-cü dəqiqədə Conson 47-ci dəqiqədə Kulusevski və 78-ci dəqiqədə Solanke vurdu.
"Mançester Yunayted"in oyunçusu Bruno Fernandes 42-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu.
Uğursuz gedişatın qarşısını ala bilməyən Mançester təmsilçisi 6 oyundan sonra 7 xalda qaldı. "Tottenhem" isə 10 xal topladı.
Matçdakı qolların videoları:
Premyer Liqada növbəti həftə "Mançester Yunayted" "Aston Villa"nın qonağı olacaq. "Tottenhem" isə həmin həftədə "Brayton" ilə səfərdə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved