"Qarabağ"ın məğlubiyyəti mövqeyinə təsir etmədi
Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.
90plus.az xəbər verir ki, siyahıda qitənin 400 klubu yer alıb.
Azərbaycanın 4 komandası ən yaxşılar arasına daxil edilib. 277 xala malik “Qarabağ” 63-cü pillədə qərarlaşıb.
Qurban Qurbanovun yetirmələri Avropa Liqasında “Malmö”yə 1:2 hesabı ilə uduzduğu üçün 1 xal itirib. Amma təmsilçimiz mövqeyini qoruyub.
Bir pillə geriləyən “Neftçi” 19 xalla 254-cü sıradadır. 15 xalı olan “Sabah” üç pillə geriləyib və 270-cidir. Bir xal geri qalan “Zirə” 285-ci pillədə yer alıb. Qəsəbə klubu 4 addım geriləyib.
Qeyd: Siyahıya 2395 xala malik “Real” başçılıq edir.
© Copyright 2026, All Rights Reserved