"Qarabağ"ın rəqibi növbəti qələbəsini qazandı
"Ayaks" növbəti qələbəsini qazandı.
90plus.az xəbər verir ki, Hollandiya Liqasının 7-ci həftəsində "Ayaks" "Valviyk" səfərində qonaq oldu. "Ayaks" meydanı 2-0 hesablı qələbə ilə tərk etməyi bacardı.
"Ayaks"a qələbə gətirən qolları 76-cı dəqiqədə Bertrand Traore və 90-cı dəqiqədə Mika Marsel Qodts vurdu.
Bir oyunu az olan "Ayaks" bu nəticədən sonra 5 oyunda 10 xala yüksəldi. "Valviyk"in isə 7 oyunda hələ də xalı yoxdur.
"Ayaks" növbəti həftə "Qrnoningen"i qəbul edəcək. "Valviyk" isə "Utrext"in səfərinə yollanacaq.
© Copyright 2026, All Rights Reserved