Qazaxıstan evində ada təmsilçisinə uduzdu
Qazaxıstan millisi son 5 matçın 4-də uduzub.
90plus.az xəbər verir ki, bu gün Əli Əliyevin çalışdırdığı komanda 2026-cı il dünya çempionatının seçmə mərhələsində öz meydanında Uels yığmasına 0:1 hesabı ilə məğlub olub.
Yığma bu 5 qarşılaşmadan yalnız birində qalib gəlib – DÇ-2026-nın seçmə oyunları çərçivəsində Lixtenşteyn üzərində 2:0 hesabı ilə üstün olublar. Qalan oyunlarda isə Qazaxıstan seçməsi Uelsə (1:3) və Şimali Makedoniyaya (0:1) seçmə mərhələdə, Belarus millisinə isə (1:4) yoldaşlıq görüşündə məğlubiyyətlə üzləşib. 7 sentyabrda komanda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Belçika ilə səfər oyununa çıxacaq.
Hazırda Qazaxıstan millisi J qrupunda keçirdiyi 4 oyundan sonra 3 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə yer alıb.
© Copyright 2026, All Rights Reserved