“Qələbə qolunu mən vuracam” demişdim
Polşa ilə matçda (2-1) Niderlandın qələbə qolunu vuran Vaut Veqhorst ürək sözlərini deyib.
90plus.az xəbər verir ki, Veqhorst bunları deyib:
"Bu anı yaşayacağımı bilirdim. "WhatsApp" mesajlarımı sizə göstərə bilərəm. Bu səhər sevgilimə mesaj yazdım. "Oyunun bitməyinə təxminən 20 dəqiqə qalmış oyuna girəcəyəm. Həmin vaxt hesab 0-0 və ya 1-1 olacaq. Qələbə qolunu da mən vuracam” demişdim".
Qeyd: Veqhorst 81-ci dəqiqədə Depayı əvəzləyib. 83-də isə qələbə qolunu vurub.
© Copyright 2026, All Rights Reserved