"Qələbəmizə çox inanıram" Tamaş Petyo
"Fehervar" klubunun baş məşqçisi Tamaş Petyo Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"la qarşılaşacaqları ilk oyundan öncə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, T.Petyo sözlərində belə qeyd edib:
"İstərdim ki, stabil oynayaq və planlarımızı reallaşdıra bilək. Əlbəttə ki, çox çalışmalıyıq. Amma "Sumqayıt"ın heyətində çoxlu dəyişikliklər olub. Onların son bir neçə həftədəki işini yüksək qiymətləndirirəm. Heyətlərini səviyyəli futbolçularla gücləndiriblər. Düşünürəm ki, onların yeni transferləri komandanın gücünə güc qatacaq. Doğma meydanda oynamağın "Sumqayıt"a üstünlük verdiyini düşünürəm. Biz Azərbaycana çox uzun bir yol gəldik, amma ümid edirəm ki, oyunçularımız dincələcək və yaxşı vəziyyətdə olacaqlar. İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər. "Sumqayıt" üzərində qələbəmizə çox inanıram".
Qeyd: "Sumqayıt"-"Fehervar" qarşılaşması iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved