Rafa Benites Salah müqaviləsi haqda danışdı
"Liverpul"un keçmiş baş məşqçisi Rafael Benites misirli ulduz Mohamed Salahın müqavilə yeniləməsi haqda danışıb.
90plus.az xəbər verir ki, Benites bunun prioritet hadisə olduğunu söyləyib:
“Salahın müqaviləsini yeniləmək “Liverpul” üçün prioritetdir, çünki o, dünya səviyyəli futbolçudur. Ən yüksək səviyyədə oynamağa və hər matçda komandaya töhfə verməyə davam etdiyindən Salahın yaşı ilə bağlı sual yaranmır.
Təbii ki, Salah mövsümün sonunda “Qızıl top”u qazanmağa layiqdir. Niyə olmasın?”.
Qeyd: 32 yaşlı Mo Salah "Liverpul"la iki illik müqavilə imzalayıb.
© Copyright 2026, All Rights Reserved