"Real Madrid" oyunçusu ilə "nikah təzələdi"
İspaniyanın "Real Madrid" klubu daha bir oyunçusu ilə yeni müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, La Liqa təmsilçisi Daniel Yanesin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi mətbuat xidməti açıqlama verib.
İspaniyalı vingerlə 2029-cu ilin yayına qədər keçərli olacaq yeni razılaşma əldə olunub.
Qeyd: Daniel Yanes "Real Madrid"in akademiyasının yetirməsidir. İspaniyanın U-18 yığmasının oyunçusu olan 18 yaşlı futbolçu Madrid klubunun əsas komandasında La Liqa çərçivəsində 1 oyunda meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved