"Real Madrid"də uzunmüddətlik zədə
Dani Karvaxal "Villarreal"la matçda zədələndi.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 9-cu həftəsində evində "Villarreal"ı qəbul edən "Real Madrid", meydandan 2-0 qalib ayrılmasına baxmayaraq böyük bir problem ilə üzləşdi. Matçda ciddi bir zədə alaraq, xərək vasitəsi ilə oyundan çıxarılan Dani Karvaxal səhər saatlarında etdiyi açıqlama ilə pis xəbəri verdi.
ÇARPAZ BAĞLARINDA PROBLEM
Təcrübəli müdafiəçi çarpaz bağlarından zədələndiyini, "Çarpaz bağ zədəm təsdiqləndi, əməliyyat lazımdır və bir neçə ay meydanlardan kənarda qalacağam. Yaxşılaşmağa başlamaq və bir canavar kimi geri dönmək üçün səbirsizliklə gözləyirəm. Dəstək mesajlarınız üçün hamınıza təşəkkür edirəm, çox sevildiyimi hiss edirəm." sözləri ilə bildirdi.
© Copyright 2026, All Rights Reserved