La Liqa "Real Madrid"in xahişini rədd elədi
La Liqa "Real Madrid"in "Alaves" ilə oyununun vaxtının dəyişdirilməsi xahişini rədd etdi.
90plus.az xəbər verir ki, "Los Blancos" Çempionlar Liqasının 1/4 finalının "Arsenal" ilə cavab matçına daha yaxşı hazırlaşmaq məqsədilə quruma müraciət edib. Paytaxt klubu La Liqanın 31-ci turunda sabah keçirilməli olan görüşün bu gün baş tutmasını istəyib.
"Alaves" tərəfi məsələ ilə bağlı razılığını verib. Amma La Liqa rəhbərliyi "Real Madrid"ə güzəştə getməyib.
📰: Cadena Ser
© Copyright 2026, All Rights Reserved