“Real” yarımfinalda, “Dortmund” vidalaşdı!
Artırma dəqiqələrində 3 qolun vurulduğu matçda “Borussiya Dortmund”a qalib gələn “Real Madrid” Klublararası DÇ-də yarımfinala yüksəldi.
Yarımfinal mərhələsi:
8 iyul | Fluminense ➖ Çelsi
9 iyul | PSJ ➖ Real Madrid.
90plus.az xəbər verir ki, “Los Blankos” final dördlüyünə rahat adlayırmış kimi görünürdü, lakin Dortmund əlavə vaxtda iki qol vuraraq gərginlik yaratdı.
Qonsalo Qarsiya 10-cu dəqiqədə Arda Gülərin havalandırdığı topu voleylə tora göndərərək “Real”ı möhtəşəm başladıb. Qreqor Kobel yaxın məsafədən vurulan bu zərbədə bədənini geniş açsa da, qolu dəf edə bilmədi.
10 dəqiqə sonra Fran Qarsiya hesabı 2:0 etdi — Dortmund müdafiədən top çıxararkən səhv etdi, Trent Aleksander-Arnoldun aşağı ötürməsi müdafiəyə dəyib sol cinah müdafiəçisinə düşdü və o da topu yerə paralel qapıdan keçirdi.
Cud Bellinqem sabiq klubuna qarşı fərqi artırmağa çox yaxın idi — o, birinci hissənin sonunda aşağı zərbə ilə topu sağ dirəyin yanından ötürdü.
İkinci hissədə oyuna daxil olan Mbappe də “Real” üçün üçüncü qolu vura bilərdi. O, sağdan iti bucaqdan Kobeli “tuta” bilmək istəyirdi, amma qapıçı vaxtında mövqeyini daraldıb zərbəni dəf etdi.
Dortmund Klubların Dünya Çempionatından sakit şəkildə vidalaşırmış kimi görünürdü, lakin Maksimilian Bayer 92-ci dəqiqədə Kurtuanı alçaq zərbə ilə yaxalayıb hesabı 2:1 etdi.
Amma Mbappe cəmi iki dəqiqə sonra fərqi yenidən iki qola çatdırdı — o, Gülərin sağ cinahdan ötürməsini uzaq dirəkdə inanılmaz “noja” ilə tora göndərdi və elə bil ki, Madridə rahatlıq gətirdi.
Lakin dram bitməmişdi. Seru Girassi qapıya tək çıxarkən Xuysen onu cərimə meydançasında dartaraq saxladı və birbaşa qırmızı vərəqə aldı. Girassi 98-ci dəqiqədə penaltini qapının yuxarı küncünə vuraraq Kurtuanı şanssız qoydu.
Bundan sonra Dortmund oyunu əlavə vaxta daşımaq üçün hər şeyi etdi. Marsel Zabitser cərimə meydançası xəttindən zərbə ilə buna çox yaxın idi, amma Kurtua əla reaksiyayla topu dirəyin yanından küncə çıxardı və matç elə bu toxunuşla başa çatdı.
Real Madrid 3-2 Borussiya Dortmund
Q.Qarsiya 10'
Fran Qarsiya 20'
Qollar:
https://t.me/doxsanplus/104896
https://t.me/doxsanplus/104897
https://t.me/doxsanplus/104901
https://t.me/doxsanplus/104902
https://t.me/doxsanplus/104903
İlk qolun müəllifi Qonzalo Qarsiya FIFA Klublararası Dünya Çempionatının hazırkı bombardiridir: 5 oyunda 4 qol, 1 assist!
Yeni "Real Madrid" ulduzundan möhtəşəm performans!