Renduliç: “Mərhələni keçə bilərik”
"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" ilə ilk (səfər) oyunundan öncə baş məşqçi Krunoslav Renduliç mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, Renduliç inamlı danışıb:
"Nəhayət, yenidən oyunlara başlayacağımız üçün xoşbəxtik. Oyunlara başlamağın verdiyi xoşbəxtlikdən əlavə, avrokuboklarda çıxış edəcəyimizə görə də sevincliyəm. Düşünürəm ki, son mövsümdə çox yaxşı çıxış etdik və mövsümü yaxşı nəticə ilə başa vurduq.
Sabah bizi vacib oyun gözləyir. Biz tarixi titullarla zəngin olan kluba qarşı oynayacağıq. Son mövsümdə onlar avrokuboklarda yaxşı çıxış ediblər və bu oyunun favoritidilər. Amma bizim də şansımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu iki oyunun nəticəsinə əsasən biz mərhələni keçə bilərik".
Qeyd: "Makkabi Hayfa - Sabah" görüşü 25 iyul saat 21:15-də İctimai TV-dən yayımlanacaq.
📺 İctimai TV
© Copyright 2026, All Rights Reserved