Renduliç: “Rəqib qələbəyə layiq idi”
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının üçüncü mərhələsində İrlandiyanın “Sent Patriks”klubuna 0-1 məğlubiyyətdən danışıb.
90plus.az xəbər verir ki, səfər matçından sonra xorvatiyalı mütəxəssis öncə rəqibi qələbə münasibətilə təbrik edib və onların qələbə layiq olduqlarını söyləyib:
“İlk 10-12 dəqiqə topa nəzarət demək olar ki, tamamilə bizim tərəfdə idi. Lakin sonra lazımsız səhvlər etdik. Vaxtında, tez qərarlar verə bilmədik. İkinci hissə başladıqdan 5-6 dəqiqə sonra azlıqda qaldıq. Bütün bunlara baxmayaraq, nəticə bizim üçün yaxşıdır. Biz sadəcə ilk 90 dəqiqəni 0:1 hesabı ilə uduzduq. Hələ heç nə həll olunmayıb”
Qeyd: “Sabah - Sent Patriks” cavab matçı avqustun 15-də Bakıda olacaq.
© Copyright 2026, All Rights Reserved