Ronaldo 800-ə çatan ilk futbolçu oldu
Səudiyyə Ərəbistanı Premyer Liqasının 5-ci turunda "Əl-Nəsr" "Əl-Fateh" üzərində 5:1 hesablı qələbə qazanıb. Bu qarşılaşma Kriştiano Ronaldo üçün xüsusi əhəmiyyət daşıyıb.
90plus.az xəbər verir ki, 40 yaşlı hücumçu bu oyunda qol vurmaqla klub karyerasındakı qollarının sayını 800-ə yüksəldib.
Beləliklə, o, futbol tarixində klub səviyyəsində 800 qola çatan ilk oyunçu kimi adını yazdırıb.
Beş dəfə “Qızıl top” mükafatını qazanan Ronaldo indiyədək “Real Madrid”də 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Əl-Nəsr”də 99 və “Sportinq”də 5 dəfə rəqib qapısına yol tapıb.
Bu son qol portuqaliyalı futbolçunun ümumi karyerası ərzində vurduğu 949-cu qol olub.
© Copyright 2026, All Rights Reserved